Rusiya tərəfindən Ukrayna ilə müharibəyə cəlb edilən Şimali Koreya əsgərlərinin çeçenlərdən ibarət “Əhməd” briqadasının silahlılarını öldürməsinin detalları məlum olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, tərəflər arasında dil fərqliliyi səbəbindən kommunikasiya problemi yaranıb, nəticədə koreyalılar çeçenləri gülləbaran edib.
Hadisə nəticəsində 8 çeçenin öldüyü açıqlanıb.
Qeyd edək ki, Rusiyada Şimali Koreyanın təxminən 12 min əsgərinin döyüşdüyü bildirilir.
Əliyar Xəlil
Globalinfo.az