İsrail Livandan qoşunlarını çıxarmağa başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Hizbullah hərəkatı ilə noyabr ayında əldə olunan razılaşmaya görə, Livanın cənubunda yalnız ölkənin silahlı qüvvələri və BMT sülhməramlıları mövcud olacaq.
“Bu gün Mərkəzi Komandanlığın rəhbəri Maykl Kurilla razılaşmanın bir hissəsi olaraq Əl-Xiyamda İsrail qoşunlarının ilk bölməsinin çıxarılması və onların Livan Silahlı Qüvvələri ilə əvəzlənməsi mərasimində iştirak edib”, – Mərkəzi Komandanlığın bəyanatında deyilir.
Müşviq Tofiqoğlu
Globalinfo.az