7f7e77ef 63e1 3da0 8df3 c77381f5e139 850

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.

Balakən rayon sakini, 31 yaşlı Qınçıyev Rəvan Ramazan oğlunun idarə etdiyi içi müxtəlif meyvələrlə dolu “Ford” markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan, Tovuz rayon sakini Cəfərov Akifin idarə etdiyi mişar daşı ilə dolu olan “KamAZ” markalı yük maşınının qoşqusuna çırpılıb.

Hadisə nəticəsində “Ford”un sürücüsü R.Qınçıyev və sərnişini, Balakən rayon sakini Elvin Oktay oğlu Kərimov müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Yarlılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayraq, E.Kərimov xəstəxanada dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

e1284cb6 83f6 3e7b a2cc fba3c48a8a33 827e02ca b79a 3545 8c56 4946212ef4b1 615c18d1 8f65 3743 b3b9 b49fb311ae3d

Paylaş: