“ABŞ-ın yeni seçilmiş prezidenti üçün prioritet Ukraynada müharibənin bitirilməsi olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın yeni prezidenti Donald Tramp deyib.
“İlk növbədə Ukrayna ilə Rusiya arasındakı problemi həll etməliyik. Ölkələr inanılmaz itkilər verirlər. 100 minlərlə əsgər ölüb”, – o bildirib.
Tramp Yaxın Şərqi də prioritet adlandırsa da, bu problemin həllinin Ukraynadan daha asan olduğunu vurğulayıb.
Qeyd edək ki, bundan öncə Qərb mediası Ukrayna müharibəsinin yanvarın 25-də bitə biləcəyini proqnozlaşdırıb.
Əliyar Xəlil
Globalinfo.az