Fövqəladə Hallart Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verib.
Bu barədə Globalinfo.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
***16:33
Bu gün Tovuz şəhərinin Təzə Bazar adlanan ərazisində çilingər sexində baş verən partlayış zamanı xəsarət alanların adları məlum olub.
Globalinfo.az APA-ya istinadən bildirir ki, xəsarət alanlar Tovuz sakini 1992-ci il təvəllüdlü Rasim Rüstəmov Sahib oglu və Tovuz Bozalqanlı kənd sakini 1966-cı il təvəllüdlü Ələddin Quliyev İsrafil ogludur.
X X X
Tovuzda partlayış olub.
Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə Tovuz şəhərinin Təzə Bazar adlanan ərazisində qeydə alınıb. Sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub. Nəticədə iki nəfər xəsarət alıb.
Əraziyə FHN-nin və huquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


