Ermənistan Qafanda Rusiya Baş konsulluğunun açılmasına prinsipial olaraq razılıq verib.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Moskva İrəvandan Sünik vilayətindəki (Zəngəzur – red.) konsulunun tanınmasını xahiş edib:
“Biz cavab gözləyirik. Biz bu məsələni dəfələrlə şərh etmişik. Təəssüflər olsun ki, vəziyyət dəyişməyib. Ermənistan tərəfinin cavabı gecikdirməsinin səbəbi ilə bağlı sual Moskvaya ünvanlanmamalıdır”.