3b7145c2 781d 3a12 9a7f f83f1f41874e 850 1

“Ümid edirəm ki, Trampın prezidentliyi dövründə də Ukraynaya dəstək göstəriləcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

O bildirib ki, Kiyevə dəstək ABŞ üçün mühüm milli maraq kəsb edir. Ukraynaya yardımı Konqresin hər iki palatasında qanunvericilərin əksəriyyəti dəstəkləyir.

Blinken əlavə edib ki, onun administrasiyası Ukraynanın 2025-ci ildə döyüşə bilməsi və danışıqlar başlayacağı təqdirdə güclü tərəf olması üçün əlindən gələni edib.

Qeyd edək ki, daha öncə  “The Washington Post” nəşri yazıb ki, Kiyev Trampı Ukraynaya davamlı dəstəyin ABŞ-ın xeyrinə olacağına inandırmağın yollarını axtarır.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: