hersoq q

İsrail Prezidenti İshak Hersoq ölkə ordusunda xidmət edən azərbaycanlı Cəlal Hüseynovu qəbul edib. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilin yekunları ilə bağlı keçirilən tədbirdə Prezident 19 yaşlı C. Hüseynova mükafatı şəxsən təqdim edib.

Mərasimdə Cəlala böyük sürpriz də təşkil edilib. Belə ki, onun xəbəri olmadan anası Nüşabə Əliyeva İsrail dövlətinin təşkilatçılığı ilə Bakıdan Təl-Əvivə aparılıb. Dekabrın 20-də baş tutmuş təltifetmə mərasimi zamanı C.Hüseynov anası ilə görüşüb və təsirli anlar yaşanıb.

Məlumata görə, Cəlal Hüseynov 9-cu sinfi Bakıda bitirdikdən sonra qohumlarının yaşadığı İsrailə gedib və orta məktəbi orada bitirdiyi üçün bu ölkənin ordusunda xidmət keçib. O, həm Azərbaycan, həm də İsrail vətəndaşıdır.

C.Hüseynovun anası Nüşabə Əliyeva “Qafqazinfo”ya açıqlamasında oğlunun hazırda İsrail Ordusunda xidmət etdiyini bildirib: “Oğlum İsraildə təhlükəli terrorçu qruplaşmanın yaxalanmasında şücaət göstərib: “Cəlal İsraildə uzun illərdir ələ keçirilməsi mümkün olmayan terror qrupunu zərərsizləşdirib, bu şücaətinə görə mükafatlandırılıb. Cəlal Azərbaycana çox bağlıdır. O, əslən Ağdam rayonundandır, vətəninə, xalqına bağlı bir gəncdir, fəxr edirəm ki, belə bir oğul anasıyam”.

86cd69e3 c79f 4fac 8277 84af45a0d842
01518e58 6c9a 48ef a7e3 80ef605239a5
a41c39cd b621 4862 8067 942221fe2e6b
a055ca76 008e 4330 9cbd e551e71d3a99
celal1
celal

Paylaş: