Abramyan 2

“Hakimiyyət vergi ödəyicilərini əsgər və zabitlərlə qarşı-qarşıya qoyaraq, süni şəkildə yeni toqquşma yaradır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının üzvü, müxalif deputat Tiqran Abramyan deyib.

“Cəmiyyətdə hər peşənin öz yeri var. Xalq səngərdə dayanan zabiti tərif edəndə, bu, (Paşinyanın iddia etdiyi kimi) heç bir halda iş adamının, həkimin, iqtisadçının, sürücünün əməyini və fədakarlığını azaltmır. Odur ki, Paşinyanın ordunu və əsgəri şöhrətləndirməmək çağırışının heç bir məntiqi izahı yoxdur. Biz hamımız orduya dövlətçiliyimizin əsas sütunu kimi yanaşmalıyıq. Biz hərbi büdcəni də artırırıq. Ancaq hakimiyyət orduya antimilli və antiideoloji siqnallar ötürürsə, o zaman orduya pul xərcləməyin mənası nədir?”, – deyə Abramyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: