Akademiyanın yataqxanasında ölüm hadisəsi

Akademiyanın yataqxanasında ölüm hadisəsi

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yataqxanasında intihar hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında bildirilib.

Qeyd edilib ki, dekabrın 20-də 2002-ci il təvəllüdlü Şamil Qarayevin təhsil aldığı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yataqxanasının 8-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.