Putinin əzəli opponentlərindən İlya Yaşin yenidən ona qarşı fəaliyyətini aktivləşdirdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, o, Yuliya Navalnı və Vladimir Kara-Murza ilə birgə xaricdəki rusiyalıların birləşməsinə çalışdığını deyib. Yaşin bunda əsas məqsədin Putinin hakimiyyətdən uzaqlaşdırılması olduğunu söyləyib.
O həmçinin aparılan fəaliyyət çərçivəsində Rusiyadakı vətəndaşları hökumətə qarşı kampaniyalarla ilhamlandırmağa çalışacaqlarını bildirib:
“Ümid edirəm ki, biz lideri olmayan qeyri-rəsmi icma yarada biləcəyik”.
Qeyd edək ki, Yaşin bir müddət əvvəl Qərblə-Rusiya arasında olan girov mübadiləsi nəticəsində Moskva tərəfindən Qərbə təhvil verilmişdi.
Əliyar Xəlil














