Sülh müqaviləsinin qaralama variantından görünür ki… – Qriqoryan

Sülh müqaviləsinin qaralama variantından görünür ki... - Qriqoryan

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin qaralama variantından görünür ki, söhbət ikitərəfli razılaşmadan gedir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Ripsime Qriqoryan deyib.

O, Azərbaycanla münasibətlərin normallaşdırılmasında vasitəçilik xidmətlərinin istisna olunduğunu deyib:

“Lakin, əlbəttə, Ermənistan istənilən önşərtsiz, konstruktiv vasitəçilik xidmətini də salamlayır”.

Qeyd edək ki, Ermənistanla Azərbaycan liderləri arasında dünən Kazanda görüş baş tutub. Görüşdən sonra hər iki ölkənin lideri XİN rəhbərlərinə sülh müqaviləsi üzərində işi qısa müdddətdə bitirməyi tapşırıblar.

Əliyar Xəlil
Globalinfo.az