Tramp hC999dC999 900x506 1


ABŞ Dövlət Departamenti “Əl-Qaidə”nin yüksək rütbəli liderləri barədə məlumat verənlərə 10 milyon dollara qədər mükafat təklif edib.

Globalinfo.az xəbər verir ki, ABŞ tərəfi bəzi “Əl-Qaidə” üzvlərinin İranda gizləndiyini və təşkilatın bu ölkədən sığınacaq kimi istifadə etdiyini bildirib.

Axtarışda olanlar arasında Seyf əl-Adl, Əbdürrəhman əl-Məğribi və Yasin əl-Suri də var.

ABŞ Dövlət Departamenti onları ABŞ və müttəfiqlərinə qarşı zorakı hücumlar həyata keçirən “Əl-Qaidə”nin yüksək səviyyəli rəhbərləri adlandırıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: