Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dolları və ya 0,4 % artaraq 120,02 ABŞ dolları təşkil edib.
Globalinfo.az bildirir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 118,56 ABŞ dolları təşkil edib.