rusiya ordusu 1 1

Britaniya kəşfiyyatı Rusiyanın Ukrayna ilə müharibədə təxminən 500 min nəfər itki verdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. Belə ki, bunu Böyük Britaniyanın Müdafiə Qərargah rəisi Riç Nayton açıqlayıb.

O bildirib ki, müharibə başlayandan indiyədək Rusiya tərəfinin itkilərinin ümumi sayı yarım milyona çatıb. Qeyd olunan rəqəmə həm döyüşlər zamanı həlak olan, həm də yaralanan Rusiya hərbçiləri daxildir.

Riç Naytonun sözlərinə görə, yüksək itkilərə baxmayaraq, Rusiya ordusu Ukraynadakı hərbi əməliyyatlarını davam etdirir.

Britaniya rəsmisi həmçinin müharibənin Rusiya üçün ciddi insan itkisi ilə müşayiət olunduğunu vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: