BeFunky collage 10 1

Diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Azərbaycaycanın Ağdərə rayonunda yerləşən erməni vandalizminə məruz qalmış, Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev nümayəndələrə tarixi monastrıın erməni işğalında olduğu müddətdə saxtakarlığa məruz qalmasını və memarlıq üslubunun qəsdən dəyişdirilməsi nəticəsində dəyən zərəri təqdim edib. 

Prezidentin köməkçisi işğal müddətində monastrda ermənilərin qədim kitablarının sərgisi kimi təqdim olunan və xüsusi şəkildə mühafizə edilən kitabların saxta olduğunu nümayiş etdirib. H.Hacıyev kitablarda sadəcə görünən bir səhifədə mətn və rəsm olduğunu, digər səhifələrin boş olduğunu kitabı vərəqləyərək təqdim edib.

Həmin anların görüntüləri:

Paylaş: