IMG 2411

Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin hərbçilərinin Ukraynaya göndərilməsinin ciddi nəticələri olacağını deyib.

Globalinfo.az xəbər verir ki, Putin Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsini Rusiya ilə birbaşa hərbi qarşıdurma kimi qiymətləndirib.

O qeyd edib ki, hansı ölkə Ukrayna münaqişəsinə birbaşa müdaxilə edərsə, bu, Rusiyaya müharibə elanı demək olacaq.

“İndi onlar Ukraynaya qoşun göndərmək barədə danışırlar. Bu, Rusiya ilə müharibə deməkdir”, – Rusiya lideri vurğulayıb.

Xatırladaq ki, bir qədər əvvəl Kreml Ukraynadakı hərbi əməliyyatlara mane olacaq istənilən xarici hərbi kontingentin Rusiya üçün qanuni hədəfə çevriləcəyini açıqlayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: