ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper təcili koordinasiya görüşləri keçirmək üçün Səudiyyə Ərəbistanına səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” iki məlumatlı mənbəyə istinadən yazıb. Məlumata görə, Kuperin səfəri Yəməndəki Husi üsyançılarının Qırmızı dəniz bölgəsində irəliləyişləri ilə əlaqədardır.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ prezidenti Donald Trampla iki dəfə telefon danışığı aparıb.
O, Husilərin Qırmızı dəniz sahilində yerləşən strateji əhəmiyyətli obyektlərə yaxınlaşması fonunda ABŞ-ı qrupa zərbələr endirməyə çağırıb. Nəşrin mənbələri iddia edir ki, Tramp bu çağırışları rədd edib.
Tahir Turan
Globalinfo.az