66474607c606466474607c6065171594701566474607c606266474607c6063

“Ermənistan regionda sabit sülhün bərqərar olmasında maraqlıdır”.

Globalinfo.az xəbər verir ki. bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O, ABŞ prezidentinin xüsusi köməkçisi, Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər regional sabitlik və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Mirzoyan Ermənistanın Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində addımlar atmağa hazır olduğunu açıqlayıb. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində aparılan son müzakirələrə toxunub. O, Ermənistanın regionda sabit sülhün bərqərar olmasındakı marağını diqqətə çatdırıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: