Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Globalinfo.az xəbər verir ki, müraciətdə deyilir:
“Yağışın davamlı olaraq yağması nəticəsində hazırda paytaxtın Nərimanov rayonu Bağırov körpüsünün altında, Sabunçu rayonu “Komsomol dairəsi” və Xətai rayonu “Nargilə dairəsi”adlanan ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb”.
Məlumata görə, polis, o cümlədən dövlət yol polisinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir:
“Sürücülərdən xahiş edirik ki, qeyd edilən istiqamətlər üzrə zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər”.