abs 1

Bayden ABŞ-da noyabrda keçiriləcək seçkilər ərəfəsində Putinlə əlaqə saxlamayıb.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi deyib.

“Prezident Baydenin Vladimir Putinlə birbaşa əlaqəsi olmayıb. Birləşmiş Ştatlar Rusiyaya seçki prosesinə heç bir müdaxilə cəhdinə imkan verməyəcəyini açıq şəkildə bəyan edib və bu mesajın öz ünvanına çatacağına zəmanət veririk”, – deyə Kirbi vurğulayıb.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edəcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: