İsrail HƏMAS-ın üçüncü şəxsini məhv etdi

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın üçüncü şəxsi, hərbi qanadın komandir müavini Mərvan İssanı məhv edilməsi xəbərini təsdiq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sözçüsü Daniel Haqari məlumat verib.

“Bütün kəşfiyyat məlumatları yoxladıqdan və 100% əmin olduqdan sonra, Baş Təhlükəsizlik Xidmətinin və Hərbi Kəşfiyyat İdarəsinin kəşfiyyat məlumatlarına əsaslanaraq, Mərvan İssanın iki həftə əvvəl Razi Əbu Tamaa ilə birlikdə hücumumuz zamanı öldürüldüyünü bildiririk”, – deyə o bildirib.