image

“İsrailə məxsus buldozerlər Livandakı müşahidə qülləsini və sülhməramlıların mövqelərinin ətrafındakı hasarları dağıdıblar”.

Globalinfo.az xəbər verir ki, bu barədə BMT rəsmilərinin açıqlamasında deyilir.

Bildirilir ki, İsrail ordusunun buldozerləri Livanın cənubundakı Marveyndə müşahidə qülləsini və BMT sülhməramlılarının yerləşdiyi ərazidə hasarları uçurublar.

“Biz İsrail ordusuna və bu hadisəni törədənlərə BMT personalının və əmlakının təhlükəsizliyini təmin etmək, BMT binalarının müqəddəsliyinə hörmət göstərmək öhdəliyini xatırladırıq”, – deyə BMT rəsmiləri vurğulayıblar.

Xatırladaq ki, ötən həftə İsrailin baş naziri Benyamin Netanyahu Livanın cənubundakı sülhməramlıları İsrail sərhədinə yaxın əraziləri tərk etməyə çağırıb. O, həmçinin “Hizbullah”ı İsrailə hücumlar zamanı BMT  mövqelərindən pərdə kimi istifadə etməkdə günahlandırıb. İsrail qüvvələrinin sülhməramlılara hücum etməsi ilə bağlı səslənən iddiaları isə yalan adlandırıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: