13-15 sentyabr tarixlərində Ermənistanda xalqın siyasətçilərdən ən çox kimə güvəndiyi ilə bağlı sorğu keçirilib.
Globalinfo.az xəbər verir ki, sorğuda ümumi əhalinin təxminən 19 faizi iştirak edib.
Məlumata görə, vətəndaşların 75 faizdən çoxu ölkədə heç kimə güvənmədiyini deyib. 16 faiz Baş nazir Nikol Paşinyana, 4 faizi xarici işlər naziri Ararat Mirzoyana, 4 faizi keçmiş baş nazir Aram Sarkisyana, 2 faizi parlamentin spikeri Alen Simonyana, 6 faizdən çoxu isə keçmiş prezident Robert Köçəryana güvəndiyini bildirib.
Qarabağın işğal olunmasında aktiv iştirak edən, bu səbəblə ermənilər tərəfindən “qəhrəman” olaraq qəbul edilən Köçəryanın 1998-ci ildə hakimiyyətə gəldikdən sonra xalq arasında nüfuzunun bu qədər aşağı olması müzakirələrə səbəb olub. Hətta Qarabağın itirilməsi, “Azərbaycana güzəştlər”də ittiham edilən Paşinyana belə güvənin ondan daha çox olması diqqət çəkib.
Əliyar Xəlil
Globalinfo.az