61a448762abf261a448762abf3163815640661a448762abef61a448762abf1

İsrail Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir Folklend adalarını Malvin adaları adlandırıb və buradakı fəaliyyətinə görə Britaniyaya sanksiya tətbiqi üçün çağırış edib. O, eyni zamanda, adaların rəsmi olaraq Argentina ərazisi kimi tanımalı olduğunu bildirib.

Birləşmiş Krallıq isə İsrailə qarşı sanksiya paketi elan edəcəyini açıqlayıb. Sanksiya siyahısına Qəzza zolağında və işğal edilmiş ərazilərdə fəaliyyət göstərən İsrail şirkətləri və hüquqi şəxslərin də daxil ediləcəyi qeyd olunub. Onların “London City” şirkəti ilə əlaqələrinin dayandırılacağı deyilib.

Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, İsrail ilə Birləşmiş Krallıq arasında münasibətlərin pisləşəcəyi gözlənilən idi:

“İki ölkə arasında siyasi çatlar son zamanlar xüsusilə nəzərə çarpırdı. Bu, özünü ABŞ siyasətində də göstərirdi. Belə ki, bir tərəfdən Prezident Donald Trampın Britaniyanın dünya hegemonluğuna meydan oxuyan və Britaniya Krallığının tərkibində olan Kanadaya qarşı ərazi iddiaları irəli sürən açıqlamalarını, digər tərəfdən isə İsraillə ortaq siyasət apararaq baş nazir Benyamin Netanyahunun dediklərini həyata keçirməsini görürük.

Turab rzayev 2 e1755852093568 900x575 1
Turab Rzayev 

Hazırda qlobal miqyasda Tramp-Netanyahu siyasəti ilə Britaniya siyasətinin ayrışdığı müşahidə olunur. Bu ayrışma həm Yaxın Şərq məsələsində, həm də İsrailin genişlənmə siyasətində özünü göstərdi. İsrail ABŞ-ın İrana hücumunda dəstək verən tərəf kimi çıxış etdiyi halda, Britaniya İsrail əleyhinə addımlar atır.

Xüsusilə Qərbin ABŞ-ın İrana qarşı siyasətinə əvvəlki kimi dəstək verməməsi fonunda bu fərq daha aydın hiss olundu. İlk dəfə biz gördük ki, Britaniya və bir sıra Avropa ölkələri İsrail məsələsində ABŞ-la eyni xətt üzrə hərəkət etmədi. Hətta bir çox Avropa ölkəsi Britaniyanın təşəbbüsü ilə bəzi mühüm yəhudi siyasətçilərin və iş adamlarının ərazilərinə səfərlərinə məhdudiyyətlər tətbiq edib.

İndi isə görünür ki, İsrail Britaniyaya cavab tədbirləri həyata keçirir. İki ölkə arasında gərginlik getdikcə dərinləşir və artır”.

Turab Rzayev
Globalinfo.az

Paylaş: