IMG 1776

“Şimalda yaşayan sakinlərin təhlükəsizliyi tımin olunarsa, İsrail Livanda atəşi dayandıracaq”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O, bu barədə Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı fikir səsləndirib.

Netanyahunun sözlərinə görə, ölkənin şimalında yaşayan sakinlərin öz evlərinə qayıda bilməsi üçün təhlükəsizliyi təmin etmək vacib məsələdir.

“Yalnız bu halda Livanın Hizbullah hərəkatı ilə atəşkəsə razılaşmaq mümkün ola bilər”, – deyə İsrailin baş naziri vurğulayıb

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: