“İsrail Beyrut da daxil olmaqla Livana amansız zərbələri davam etdirəcək”.
Globalinfo.az xəbər verir ki. bunu İsrailin baş naziri benyamin Netanyahu deyib.
“Biz Livanın istənilən bölgəsində, o cümlədən Beyrutda Hizbullaha qarşı amansız zərbələri davam edəcəyik. Bunu son günlər artıq nümayiş etdirmişik. Yaxın vaxtlarda yenə zərbələrə davam edəcəyik”, – deyə Netanyahu vurğulayıb.
Qeyd edək ki, Hizbullah İsrailin Binyamin şəhərində ordunun hərbi bazasına PUA ilə zərbə endirib. Hücum nəticəsində 4 İsrail əsgəri həyatını itirib. Netanyahu öz açıqlaması məhz bu hücumdan sonra edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az