Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə doğum günü münasibətilə hədiyyə göndərib.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.
O, Türkiyə prezidentinin Putinə göndərdiyini hədiyyəni “xüsusi” adlandırıb:
“Bu, yaxşı türk hədiyyəsidir. Rusiyada dövlət qulluqçuları üçün nəzərdə tutulan hədiyyə qiymətindən – 3 min rubldan “bir az” bahadır. Prezidentin doğum günü münasibətilə başqa hədiyyələr də göndərilib”.
Qeyd edək ki, oktyabrın 7-si Rusiya Prezidenti Vladimir Putinin doğum günü idi. O, həmin gün MDB dövlət başçıları ilə görüşüb.
Ayşən Mustafa
Globalinfo.az














