WhatsApp Image 2024 02 13 at 12.36.48

“Ermənistanın Baş naziri Nikol Paşinyan 2019-cu ildə parlamendə dedi ki, hərbçilərin dinc şəraitdə ölməsi araşdırılacaq. Lakin məsələ ilə bağlı illərdir konkret bir istintaq nəticəsi təqdim edilmir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzetinin məqaləsində qeyd olunur.

Nəşr yazır ki, təkcə 2023-cü ilin yanvar ayından sentyabra kimi 63 əsgər dinc şəraitdə ölüb. Onlardan 5-i sentyabrın ilk həftəsində baş verib. 2022-ci ildə isə 64 belə hal qeydə alınıb ki, 2021-ci ildə bu rəqəm 74 olub. 2023-cü ildə Geqarkunikdə 15 hərbçinin ölümü ilə nəticələnən yanğının da səbəbi hələ tam olaraq bilinmir.

Məlumata görə, İstintaq Komissiyasında bütün bu məsələlərin araşdırıldığı bildirilsə də, heç bir nəticə açıqlanmır. Ölənlərin valideynləri də artıq dayana bilməyib aksiyalar keçirirlər.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: