Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında bəyanatlara qoşulmaqdan imtina edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.
O bildirib ki, İrəvan iki bəyanata qoşulmaq istəməyib.
“Söhbət “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” və “Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında” olan bəyanatlardan gedir”, – deyə Badalyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az