Anatoli Antonov

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun diplomatik fəaliyyəti başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Vaşinqtondakı səfirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Anatoli Antonov ABŞ-dakı səfiri kimi işini səfərini başa vurub və yaxın saatlarda Moskvaya qayıdır. 

“Bu gün saat 15:00-da (Bakı vaxtı ilə 23:00) bortunda Anatoli Antonov olan təyyarə havaya qalxır”, – diplomatik nümayəndəlikdən bildiriblər.

Qeyd edək ki, Antonov 2017-ci il avqustun 31-də ABŞ-da diplomatik fəaliyyətinə başlamışdı.

Paylaş: