boris conson

“ABŞ prezidentliyinə namizəd Donald Tramp seçiləcəyi təqdirdə Ukraynanın uduzmasına imkan verməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri Boris Conson “Deyli Teleqraf”a müsahibəsində deyib.

“Ukrayna uğrunda mübarizənin Avropada demokratiya və azadlıq üçün önəm daşıdığını anlamalıyıq. Ukrayna uduzsa, böyük fəlakət olacaq. Donald Tramp bunu başa düşür.

Düşünmürəm ki, o, tarixə prezidentlik dönəmini ABŞ-ı böyük etmək yerinə, Sovet İttifaqını böyütmüş biri kimi düşmək istəyir”, – deyə o bildirib.

Conson həmçinin qeyd edib ki, Tramp ABŞ prezidenti olsaydı, Putin Ukraynaya hərbi müdaxiləyə cəsarət etməyəcəkdi:

“Dünyanın lideri ABŞ-dır. Məncə, dünya ABŞ güclü olanda, eləcə də insan hansısa nizamın dəstəkləndiyini hiss edəndə daha xoşbəxt və çiçəklənən olur”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: