15380413 100124 cc getty tel aviv shooting scene police 1 img

Fələstinin HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin əl-Qəssam briqadası Təl-Əvivin cənubunda baş verən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə təşkilatdan bildirilib.

HƏMAS yaxın bir neçə gün ərzində İsraildə yeni terror aktları törədiləcəyi ilə hədələyib.

“İzzəddin Əl-Qəssam Briqadaları Yaffa əməliyyatının iki döyüşçüsü tərəfindən həyata keçirildiyini təsdiqləyir. Yaxın bir neçə gün ərzində yeni hücumlar İordan çayının qərb sahilindəki Fələstin ərazilərinin sakinləri tərəfindən həyata keçiriləcək”, – deyə hərəkatın bəyanatında vurğulanıb.

Xatırladaq ki, terror aktı oktyabrın 1-də Təl-Əvivin Yaffa Ərəb rayonunda tramvay dayanacağında baş verib. İki nəfər sərnişinlərə və yoldan keçənlərə atəş açıb. İsrail hakimiyyətinin məlumatına görə, terror aktı nəticəsində Yunanıstan və Moldova vətəndaşı da daxil olmaqla 7 nəfər həlak olub, daha 16 nəfər yaralanıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: