“Ermənistan tərəfi sülh müqaviləsinin noyabrda Bakıda keçiriləcək COP29 sammiti çərçivəsində imzalanmasına qarşı deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Hazırda sülh sazişinin imzalanması gecikir. Biz sənədin Bakıda keçiriləcək sammit çərçivəsində imzalanmasının əleyhinə deyilik. Seçim Azərbaycanındır”, – Simonyan bildirib.
Qeyd edək ki, Azərbaycan Ermənistana COP29-da iştirak üçün rəsmi dəvət göndərib.
Əliyar Xəlil
Globalinfo.az














