İran Prezidenti Məsud Pezeşkianın birinci müavini Məhəmmədrza Arif bu gün Ermənistana yola düşüb.
Globalinfo.az xəbər verir ki, o, İrəvanda Avrasiya İqtisadi İttifaqının (Aİİ) dövlət başçılarının iclasında iştirak edəcək.
Məlumata görə, sözügedən iclasda İranın bu birliyə üzvlük prosesi müzakirə olunacaq.