Sumqayıtda yataqxanada partlayış – FOTOLAR

Sumqayıtda yataqxanada partlayış - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 15-ci məhəllə, R.Qəhrəmanov küçəsində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədar olaraq nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə södürülüb.

Yanğın nəticəsində üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 8 kvadratmetr olan mətbəxin yanar konstruksiyaları yanıb. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb, yataqxana binası yanğından mühafizə olunub.

***18:34

Sumqayıtda yataqxanada yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, yanğın 15-ci məhəllədəki  2 saylı yataqxananın 3-cü mərtəbəsində qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Şahidlərin ilkin ehtimalına əsasən, hadisəyə qısa qapanma səbəb olub.

Hadisə yerinə FHN texnika və canlı qüvvəsi cəlb olunub.

Sumqayıtda yataqxanada partlayış - FOTOLAR Sumqayıtda yataqxanada partlayış - FOTOLAR Sumqayıtda yataqxanada partlayış - FOTOLAR Sumqayıtda yataqxanada partlayış - FOTOLAR Sumqayıtda yataqxanada partlayış - FOTOLAR

Müşviq Tofiqoğlu 

Globalinfo.az