yt 1

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Globalinfo.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğından mühafizə bölmələrinin peşəkar fəaliyyəti sayəsində yanğının genişlənərək ətrafdakı tikililərə, o cümlədən yaxınlıqdakı yaşayış evlərinə keçməsinə imkan verilməyib.

*** 17:42

Hadisə baş verən vaxt ərazidə heç kim olmayıb. Yanğına səbəb dəmir sexindəki partlayış olub.

Globalinfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında obyektin icarədarı Sinan Kartal bildirib.

O qeyd edib ki, yanğın baş verən obyekt anbar və dəmir sexi kimi fəaliyyət göstərib:

“Obyektin arxa tərəfindəki dəmir sexində yaranan partlayış bizim anbara da sıçrayıb. Yanğın təxminin 14:30 radələrində başlayıb. Daha sonra Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəldi, lakin tıxaca görə biraz gecikdilər. İçəridə taxta, boya, eləcə də mebellər var idi”.

***16:57

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Globalinfo.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***16:50

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğının ətrafa yayılmasının qarşısı alınıb.

Bu barədə Globalinfo.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə ətrafa yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Yanğınla mübarizə tədbirləri davam etdirilir”, – deyə məlumatda qeyd olunub.

yt 2 yt 3 yt 5 yt 6

***16:07

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində obyektdə yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Paylaş: