“Avtoş”luq edib videosunu yaydı, saxlanıldı – FOTO

"Avtoş"luq edib videosunu yaydı, saxlanıldı - FOTO

Tərtərdə “Vaz” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edən 26 yaşlı Kənan Tağızadə saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Globalinfo.az-a verilən xəbərə görə, o, etdiyi avtoxuliqanlıq hərəkətlərinin görüntülərini həmçinin sosial şəbəkələrdə yayıb.

Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib.

K.Tağızadə barəsində toplanmış material məhkəməyə göndərilib.

"Avtoş"luq edib videosunu yayan saxlanıldı