netanyahu onu

Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxışı zamanı İordan çayının qərb sahilini və Qəzza zolağını İsrail ərazisi kimi göstərən xəritəni təqdim edib.

Globalinfo.az xəbər verir ki, İsrailin baş nazirinin çıxışından əvvəl bir sıra nümayəndə heyəti BMT Baş Assambleyasının iclas zalını tərk edib.

Belə ki, bəzi nümayəndə heyətləri, o cümlədən ərəb və türk rəsmiləri Netanyahuya etiraz olaraq bu cür addım atıb.

Nəticədə Netanyahunun çıxışı zamanı zal xeyli boşalıb.

Qeyd edək ki, bir gün əvvəl Fələstin tərəfdarı olan nümayişçilər BMT binasının yaxınlığında İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-a gəlişinə və onun Baş Assambleyada çıxış etmək planına etiraz ediblər.

Hətta polislə etirazçılar arasında gərginlik yaranıb və onlarla etirazçı saxlanılıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: