“Avropa İttifaqına (Aİ) üzvlük tələbi ilə bağlı imza toplanması əslində bəzi siyasi qüvvələrin seçkiqabağı qeyri-rəsmi təşviqat kampaniyasıdır”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Arman Qukasyan deyib.
Onun sözlərinə görə, hətta İrəvan hökuməti də Aİ-yə inteqrasiya üçün hələ tez olduğunu anlayır:
“Biz gördük ki, Gürcüstan Qərbin istəyinə uyğun olaraq anti-Rusiya cəbhəsinə çevrilmədi. Nəticədə nələrin baş verdiyi də ortadadır. İndi bu qərbyönümlü qüvvələr istəyirlər ki, Ermənistan ikinci cəbhəyə çevrilsin və özünün ənənəvi müttəfiqləri ilə əlaqələrini pozsun. Bizi Aİ-də heç kim gözləmir, sadəcə istifadə etməyə çalışırlar.
Zamanında Ermənistanın Baş naziri Nikol Paşinyan deyirdi ki, Gürcüstan Aİ-yə gedir, alternativimiz yoxdur, biz də getməliyik. İndi reallıq dəyişir, Gürcüstandakı seçki region və Ermənistan üçün həlledici rol oynayacaq.
O, Ermənistanın Qərblə Rusiya arasında toqquşma meydanı olacağını bildirib:
“Yaxın zamanlarda Ermənistan hökumətini dəqiq addımlar gözləyir. Hökumət ağıllı olmalıdır və Ermənistanı Qərblə Rusiya arasında toqquşma meydanına çevirəcək yolla getməməlidir”.
Əliyar Xəlil
Globalinfo.az