“Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən 4 il, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən az sonra BMT tribunasından elan etdi ki, ölkənin Konstitusiyasını “zibilliyə atmağa” hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
O iddia edib ki, Paşinyan bununla erməni dövlətçiliyini dağılmağa bir addım da yaxınlaşdırdı:
“Uzun onilliklər ərzində Ermənistanda belə bir mif mövcud idi ki, Bakı və Ankaraya güzəştə getməklə dinc şəraitdə dövlətin varlığını qorumaq olar. Paşinyan BMT-dəki çıxışı onun Qarabağın statusu ilə bağlı qəsdən ciddi tələblər irəli sürmədiyini, bununla da “artsax”ı dağıtdığını göstərdi. İndi isə onun üçün növbəti mərhələ Ermənistanın dağıdılması olacaq”.
Qeyd edək ki, Azərbaycan sülh müqaviləsinin imzalanması və ikitərəfli münasibətlərin qurulması üçün Ermənistana Konstitusiyanın dəyişdirilməsi şərtini irəli sürüb.
Əliyar Xəlil
Globalinfo.az