vasinqton 11

Rusiya, İran, Çin və Şimali Koreya əlaqələrinin dərinləşməsi ABŞ-ı narahat edir.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Blomberq” agentliyi çıxış edib.

Məlumata görə, Vaşinqton və onun müttəfiqlərini bu ölkələr arasında əlaqələrin intensivliyi xüsusilə narahat edir. Onların fikrincə, bu, ABŞ-ın dünya arenasındakı dominantlığına meydan oxunmasına gətirib çıxara bilər. Agentlik artıq bir çox siyasətçilərin ABŞ-ın sürətlə zəiflədiyini düşündüklərini yazıb.

Nəşr vurğulayır ki, ABŞ-ın zəifləməsinə iki əsas nümunə var:

“1.Vaşinqton İsraili HƏMAS-la müharibəni bitirməyə məcbur edə bilmir;

2.ABŞ-ın rəhbərlik etdiyi koalisiya husilərin Qırmızı dənizdə gəmiləri vurmasının qarşısını almaqda çətinlik çəkir”.

Bundan başqa, Afrikada Rusiya və Çin təsirinin artmasından sonra amerikalıların bazalarından çıxarılmasının da ABŞ-ın zəifləməsinə işarə olduğu qeyd edilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: