İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) öz hərbçilərinə istənilən növ əlaqə vasitəsindən istifadəni qadağan edib.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Röyter” öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, SEPAH bu addıma Livanda peycerlərin İsrail tərəfindən partladılmasından sonra gedib. Agentlik SEPAH-ın hazırda bütün əlaqə vasitələrində yoxlama apardığını bildirib.
Üstəlik, agentliyin mənbəsi SEPAH-ın özünün orta və yüksək rütbəli hərbçilərini də yoxladığını qeyd edib. Xüsusilə onların İsraildən pul vasitələrinin alıb-almadığının yoxlanıldığı vurğulanıb:
“Bu yoxlama İranla yanaşı xarici bank hesabları üzərindən də aparılır. Həmçinin onların ailələrinin səfər marşrutları da analiz edilir”.
Əliyar Xəlil
Globalinfo.az