Sülhməramlıların Qarabağdan çıxarılması bunun nəticəsidir – Karasin

“Sülhməramlıların çıxarılması Ermənistan liderinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasının nəticəsidir”.

Globalinfo.az xəbər verir ki, bunu Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.

“Fakt budur ki, Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edən kimi, bizim sülhməramlıların oradakı varlığı məsələsi Azərbaycan rəhbərliyi ilə birbaşa təmasda həll olundu. Görünən odur ki, sülhməramlıların tədricən oradan çıxarılması qərara alınıb”, – Karasin vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az