Pasinyan nikol 123

Ermənistan hökuməti Milli Təhlükəsizlik Xidmətinin rəisi və müavinlərinə güc tətbiq etmək, silah gəzdirmək və ondan istifadə etmək hüququ verən layihə qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, bununla Milli Təhlükəsizlik Xidmətinin rəisi və müavinlərinə təhdid kimi qəbul ediləcək istənilən hala silahlı müdaxilə icazəsi verilib. Sözügedən qərar hakimiyyət dairələri və müxalifətdə qızğın müzakirələrə səbəb olub.

Qəzet bildirir ki, bu, Ermənistanın Baş naziri Nikol Paşinyanın öz mühafizəçilərinə etibar etmədiyi, onlardan qorxduğuna dair məlumatları təsdiqləyir. Paşinyan özünə qarşı sui-qəsd cəhdləri və son olaraq dövlət çevrilişi cəhdindən sonra ehtiyat tədbirlərini gücləndirməyə çalışır.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistanda hakimiyyət çevrilişinə hazırlaşan 7 nəfərə cinayət işi açılıb. Onlardan 3-ü saxlanılıb, 4-ü axtarışa verilib. N.Paşinyana bağlı KİV Rusiyanın ona qarşı çevriliş üçün hazırlıq gördüyünü yazır.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: