icra

“Bu gün rəhbərlik etdiyim Qeyri-Hökümət Təşkilat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi verdiyi “Bələdiyyə büdcələrinin formalaşdırlması problemləri” layihəsinin ikinci tədbiri də Binəqədi rayonunda fəaliyyət göstərən Xocaəsən qəsəbə bələdiyyəsində icra olunub”.

Globalinfo.az xəbər verir ki, bu açıqlamanı mətbuata Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərimə görə Binəqədi rayonda keçirilən növbəti tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu:” Binəqədi rayonu Bakı şəhərinin ən nümunəvi rayonlarından biri kimi xarakterizə edərdim. Tədbir Xocaəsən bələdiyyəsinin inzibati binasında təşkil olunmiuşdu. Təxminən 50 nəfərlik heyətlə, səhv etmirəmsə, Binəqədi rayonun ərazilsində fəaliyyət göstərən yeganə Xocaəsən bələdiyyəsinin xanım sədri hörmətli Nigar Məmmədova və qəsəbənin icra nümayəndəsi hörmətli Ramiz Həsənzadə də iştrak edirdi. Həmçinin də tədbirdə bələdiyyənin rəhbərliyi, mühasibi, bələdiyyə quluqçuları, bələdiyyənin vergi yığanları, bələdiyyə üzvləri və qəsəbənin tanınmış ağsaqqaları, şəhid ailələri və ən altiv fəalları iştirak edirdi.

Təbbi ki, təşkilatımız adından ilk olaraq Binəqədi rayonun icra başçısı hörmətli Elxan müəllimə  təşəkkürümü bildirmək istəyirəm! Həqiqətən obyektiv olaraq bildirəm istəyirəm ki, Elxan müəllim Binəqədi rayonunda çox yüksək səviyyəli işlər həyata keçirir. 19 000 ha. ərazisi və 30 mindən artıq əhalisi olan bir qəsəbənin , məhz bələdiyyə sədrinin xanım olması çox önəmli bir hadisədir. Müsbət mənada bizi təəccübləndirdi. Rayonda bütün sahələrdə müsbət dəyişiklikləri görürük.

Əlbəttə, bu, birbaşa hörmətli Elxan müəllimin, başçının müavini Sevinc xanımın və onun komandasının və o cümlədən YAP Binəqədi rayon təşkilatının hörmətıi sədri Vusal İsmayılovun birgə əməyinin nəticəsidir. Təsadüfü deyil ki, bizim təşkilatın bu ilki layihəsi məhz Binəqədi rayonunu əhatə edib. Layihəyə uyğun olaraq rayon ərazində fəaliyyət göstərən beş bələdiyyənin artıq ikisində görüş keçirilmişik. Bu günki görüşdə də layihənin fəlsəfəsinə uyğun olaraq bələdiyyənin büdcəsinin formalaşmasında olan problemlər, vətəndaşların vergi yığımında iştirakı, vergi işçilərinin bu sahədəki fəaliyyəti, qəsəbənin ümüimi vəziyyəti və problemləri geniş müzakirə olundu. Bələdiyyənin sədri Nigar xanım bələdiyyə büdcəsinin formalaşmasının çox vacib olduğunu və qəsəbədə ylğılan vergi hesabına görülən işlərdən danışdı. Görüşdə qəsəbədə yaşayan ağsaqqal, şəhid qardaşı Ağayar Məmmədov, qəsəbənin aktiv fəalları Cəmalə Mehtiyeva, Anar Nağıyev və digər şəxslər qəsəbənin xanım bələdiyyə sədrinin fəaliyyətini və o cümlədən də icra nümayəndəsi Ramiz müəllimin birgə fəaliyyətini yüksək qiymətləndirdilər. Qəsəbənin mövcud problemlərindən də danışdılar. Həmçinin də çıxış edənlərin böyük əksəriyyəti qəsəbədə olan çıxarışsız evlərin hələ də qanuni sənədinin ala bilməməsini qeyd etsilər. Bələdiyyə sədri dedi ki,  bu gün bələdiyyələr üçün çıxıarışsız evlərin mövcudluğu vergi yığımına da təsir edir. Bilirsiniz ki, qanuna görə çıxarışı olmayan evlərdən bələdiyyələr vergi yığa bilməz. Hal-hazırda da Bakı və Abşeron ərazisində 500 mindən artıq qanunsuz evlər mövcuddur.”

QHT sədri N.Orduxanlının dediyinə görə, görüşdə Azərbaycanda 1999-cu ildən yaradılmış bələdiyyə institutundan da danışılıb:

“Azərbaycanda yerli özüniidarə etmənin 34 illik tarixi var. Xocaəsən qəsəbə bələdiyyəsi də ilk yaranan bələdiyyələrdəndir. Dövlətimizin inkişaf üçün mütləqdir ki, bələdiyyə institunun səlahiyyət və imkanları genişləndirililsin. Bizim təşkilatın əsas fəaliyyəti də by istiqamətdədir. Bələdiyyələrin büdcələrinin formaşadırılması yığılan vergilərlə formalaşdırılır. Vətəndaşları bələdiyyə yığımına cəlb etməliyik. Maarifləndirmə işlərini daha da artırmalıyıq. Layihəyə uyğun olaraq Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyələrlə keçirdiyimiz görüş və rayonda görülən işlər barədə internet televiziyasında məlumat yayılacaq. Həmçinin də ölkə mediasında və sosial şəbəkələrdə geçirilən görüş barədə geniş məlumatlar veriləcək”.

1726173761 873921bf e3fe 489e a5c8 ca51f33a6e92
1726173681 c45844ca e078 4907 bc7a 0cd2d213594a
1726173746 41fb2e9d 72eb 412a 9919 0ee549ff8a3f
1726173702 4fae3cab 27ef 478f b709 b934d0d54ee6
1726173698 a5e68981 5028 43d0 abd1 9758602718aa
1726173712 5acea6b9 e433 4c24 bfe5 f27e1b66a40d
1726173754 78c6420e c002 4cdb ad20 f1615e010b67
1726173687 af97f046 b475 4e4e 8e04 c1412d6fa974
1726173709 5467a8b2 3794 41c0 bfd7 4524a46ddb53
1726173721 de971f4b 03dc 48ac 8729 3ac4f069c279
1726173729 bc38770b d47d 463b bf4d 4a9bdb558aea
1726173735 81ae0ead 02da 4fe4 991d 080c84d2cfdd
1726173718 3d407226 4c3c 4ce0 8424 c14783f14b8d
1726173716 60a45d45 385b 4fa8 a505 905e2064dcb9
1726173721 e9b8840e 820d 47fd b402 8dc5ce7db649
1726173696 b149f245 6f41 4b08 8b60 c540e45b3902
1726173715 bed026b0 8c76 4a01 8945 1b20cb18a52a
1726173750 194c3c7b 618c 4e0e ac71 717d4c36dbdc
1726173706 41cdd1f0 ffa3 4fb3 98e4 682c2ef76812
1726173767 15afe6c4 f2f8 483c 959f a26715493363
1726173699 44942d19 8969 471c 84bf 9e1531a6bdec
1726173711 e7b6cbc3 f41e 44e4 92b4 3a5ca824152d
1726173715 35ede742 f4df 4a45 8a56 687fbe7f662c
1726173765 346ffc78 712e 4a5d ad41 c37aa07ae490

Paylaş: