WhatsApp Image 2023 08 09 at 17.05.32 1

Dünyada bitərəf kimi təqdim olunan, lakin Azərbaycana qarşı son 4 ildə aktiv siyasi hücumlarda iştirak edən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moren Okampo Ermənistana səfər edəcək.

Globalinfo.az xəbər verir ki, onun sentyabrın 9-da İrəvanda olacağı bildirilir.

Məlumata görə, keçmiş prokuror sentyabrın 13-də İrəvandakı “İbis” otelində görüşlər keçirəcək.

O, səfərdən öncə bütün ermənilərə ünvanlanan açıq məktub yayımlayıb. Okampo yeni məktubunda bir daha Azərbaycana qarşı ittihamlar səsləndirib, erməniləri Baş nazir Nikol Paşinyan hakimiyyətini dəstəkləməyə çağırıb. Bundan başqa, o, COP29 ərəfəsində Azərbaycana təzyiq edilməli olduğunu deyib.

Qeyd edək ki, L.M.Okampo Qarabağ müharibəsi, xüsusilə antiterror əməliyyatlarından sonra Bakıya qarşı kampaniyalarda aktiv iştirak edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: