“Avropa İttifaqının sərhədimizdəki müşahidə missiyasının fəaliyyəti ilə bağlı məsələ İrəvanla ittifaq arasında müzakirə olunmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanyan deyib.
O bildirib ki, Aİ müşahidəçilərinin hansı heyətlə, nə vaxta qədər fəaliyyət göstərəcəyinə İrəvan qərar verir:
“Yalnız sülh sazişi bağlandıqdan, demarkasiya prosesi başa çatdırıldıqdan sonra ərazidə monitorinqə ehtiyacın olmayacağı bir vəziyyət formalaşarsa, o zaman məsələyə baxıla bilər.
Sülh sazişi ikitərəfli formatda, yaxud üçüncü tərəfdaş ölkənin təqdim etdiyi platformada imzalana bilər. Bizim üçün əsas məsələ prinsiplərimizə uyğunluqdur”.
Qeyd edək ki, rəsmi Bakı Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilmiş Aİ missiyasının regionu tərk etməsini tələb edir.
Ayşən Mustafa
Globalinfo.az














