“Netanyahu BMT Baş Assambleyasında çıxış etmək üçün ABŞ-a getmək niyyətindədir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Times of Israel” nəşri məlumat yayıb.
Məlumata görə, Netanyahunun sentyabrın 26-da Nyu-Yorkda keçiriləcək dünya liderləri sammitinin 79-cu sessiyasında çıxış edəcəyi ehtimal olunur. O, konfrans sonrası dünya liderləri ilə də görüşəcək, baxmayaraq ki, qrafik hələ dəqiqləşməyib.
Xatırladaq ki, Netanyahu iyulun sonunda ABŞ prezidenti Co Baydenlə görüşmək üçün Vaşinqtona gedib. Ancaq bayden hələ də Təl-Əvivdən narazı görünür. Belə ki, ABŞ tərəfi İsrail liderinin kifayət qədər iş görmədiyini bəyan edir.
Müşviq Tofiqoğlu
Globalinfo.az