Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Poltavaya endirdiyi zərbə nəticəsində 51 nəfərin öldüyünü, 271 nəfərin yaralandığını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb. Zelenski dağılmış binanın dağıntıları altında insanların olduğunu deyib.
Qeyd edək ki, Poltava vilayətində Rusiyanın hücumu nəticəsində həlak olanlar üçün üç günlük matəm elan edilib.
***
Xəbər verdiyimiz kimi, Rusiya Ukraynanın Poltava şəhərinə ballistik raketlərlə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 51 nəfər ölüb, 206 nəfər yaralanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında deyib ki, atılan iki ballistik raket təhsil müəssisəsi və qonşuluqda yerləşən xəstəxana ərazisinə düşüb:
“Rabitə İnstitutunun binalarından biri qismət dağılıb, insanlar dağıntılar altında qalıb. Dağıntılar altında qalanların əksəriyyətini xilas etmək mümkün olub. Təəssüf ki, çoxlu sayda insan həlak olub”.